Məşhur rusiyalı bloger və aparıcı Anastasiya İvleevanın Federal Vergi Xidmətinə (FTS) olan borclarına görə Rusiyanı tərk etmək qadağan edilib.
"Unikal" xəbər verir ki, bu barədə Şot Telegram kanalı məlumat yayıb.
“İvleeva indi Rusiyadan kənara çıxa bilməz. Hazırda o, Federal Vergi Xidmətinə olan bütün borclarını ödəməyib və məhkəmə icraçıları onu axtarırlar”, - Şot yazır.
Materialın müəllifləri qeyd ediblər ki, İvleyeva Rusiyanı tərk etmək istəsə, sərhədçilər onun qarşısını alacaq, bundan sonra ona ölkəni tərk etmək icazəsi verilməyəcək.
İyulun 18-də məlum olub ki, Anastasiya İvleyevanın “Lamborghini Urus” markalı avtomobili Federal Vergi Xidmətinə olan borclarına görə müsadirə olunub. Bloqqerin borcunun 21 milyon rubl olduğu bildirilir.