Qazax sakinini Ağstafada avtomobil vururaq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1932-ci il təvəllüdlü Rəhim Rəhimovu vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov