Aktyor Akın Akınözün anası, aktrisa Özlem Akınözü xərçəng xəstəliyindən dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, Akın sosial şəbəkə hesabında anası ilə vida mesajı paylaşıb. 

"Mən inancımı itirdim, məsumiyyətimi, yolumu, mübarizəmi itirdim. Uşaqlığımı itirdim. Mən mələyimi itirdim və ilk əsl sevgimi itirdim. Bundan sonra həyat mənim üçün həmişə əskik və natamam olacaq... Yeganə qalan şey sənə olan sonsuz həsrətim olacaq", - deyə aktyor qeyd edib. 

Xatırladaq ki, Özlem Akınözü "Karagül", "Zeytin Tepesi", "Avlu", "Payitaht Abdülhamit" və "Deliha 2" kimi serial və filmlərdə rol alıb.