Dağıstanın keçmiş idman naziri həbsxanada intihara cəhd edib.
"Unikal" “Kommersant”a istinadən xəbər verir ki, Maqomed Maqomedov iyulun 19-dan 20-nə keçən gecə intihara cəhd edib. O, səhər saatlarında çoxsaylı yaralarla tapılıb. Həkimlər onun səhhətini orta ağır kimi qiymətləndirirlər.
Maqomed Maqomedov 2012-2021-ci illərdə idman naziri olub. Sonra isə Kızılyurt bələdiyyə sədri vəzifəsində çalışıb. 67 yaşlı kişi 2023-cü ilin oktyabrında korrupsiya sxemləri və mütəşəkkil cinayət qrupları ilə əlaqədə şübhəli bilinərək həbs edilib.