Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə qüvvədə olan qadağaya baxmayaraq, Rusiya ilə danışıqlara icazə verib.
"Unikal" xəbər verir ki, bu barədə o, "BBC News"a müsahibəsində deyib.
“İkinci ümumdünya sammitində plan tam hazır olsa, Rusiya bu plan üzrə danışmağa hazır olsa, o zaman biz tərəfdaşlarımızla Rusiya nümayəndələri ilə birgə danışmağa hazır olacağıq”, - deyə o bildirib.
Zelenski əlavə edib ki, Ukrayna münaqişənin bitməsini istəyirsə, danışıqlar aparmaq lazımdır. Kiyev “Rusiyada hər şeyi həll edən”lə danışmağa hazırdır.