Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “By Youth For Youth” (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işini yekunlaşdırıb.
"Unikal" xəbər verir ki, forum çərçivəsində ölkəmizdə səfərdə olan 200-ə yaxın qonaq SOCAR-ın Bakı Ali Neft Məktəbinə (BANM) gəlib. Qonaqlar BANM-də yaradılan ən müasir laboratoriyalarla tanış olublar. Eləcə də “Bibiheybət” məscidini, Azərbaycan Milli Xalça Muzeyini, İçərişəhəri və digər məkanları ziyarət ediblər.
Şuşada başlayan Forumun məqsədi İslam Dünyası gənclərinin sülhyaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.