"Moldova prezidenti Maia Sandu hakimiyyətdə olduğu müddətdə heç vaxt seçki vədlərini yerinə yetirməyib, ölkəni xaosa sürükləyib".
"Unikal" xəbər verir ki, bunu respublikanın keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo deyib.
Keçmiş baş prokuror xatırladıb ki, Sandu hakimiyyətə gəldikdən sonra Moldovanın daxili borcu iki dəfə artaraq 571 milyon dollara çatıb.