Kensinqton Sarayı verdiyi iş elanı ilə diqqət çəkib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Uels şahzadəsi Uilyam və şahzadə Keyt Middlton Londonda, Kensinqton sarayında işləmək üçün "şəxsi katibin köməkçisi" axtarırlar.
Bildirilib ki, axtarılan namizəd nadir bacarıqlara malik olmalıdır.
Qeyd olunub ki, saray işçisinin vəzifəsinə Uels şahzadəsi Uilyam və Keyt Middltonun Böyük Britaniyadakı vəzifələrini planlaşdırmaq daxildir. Həmçinin, bu vəzifə mükəmməl ünsiyyət və təşkilatçılıq bacarıqları, geniş düşüncə və təşkilatlarla məhsuldar əlaqələr qurmaq kimi bacarıq tələb edir. Kiçik, çevik komandada işləmək, proaktiv, praktiki yanaşma və Uels icmaları, hökumət və biznes haqqında güclü anlayışa sahib olmaq, həmçinin uels dilində səlis danışmaq qabiliyyəti da daxildir.
Zərifə Nağıyeva