"İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb".
"Unikal" xəbər verir ki, bunu bu gün Baş Prokurorluqda keçirilən Geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, 2024-cü ilin birinci yarımili ərzində intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb:
"Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.
Belə ki, 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 1,9 %, intihara cəhd hadisələrin sayı isə 8,9 % azalıb".