İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (15.07.2024 - 21.07.2024) açıqlanıb.

ANAMA-dan "Uniikal"a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 37 piyada əleyhinə mina, 67 tank əleyhinə mina, 181 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 673, 7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.