Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti(M. Müşfiq küçəsindən Ə.Haqverdiyev küçəsinədək) və Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində aparılan təmir işləri davam etdirilir.
"Unikal" xəbər verir ki, aparılan işlər çərçivəsində sözügedən ərazilərdə frezlənmə işləri yerinə yetirilib. Texnoloji ardıcıllığa uyğun olaraq qeyd olunan hər iki yolda hazırda yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.
Qeyd edək ki, aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün ərazilərə lazımi sayda qüvvə cəlb edilib.