Oğuz rayonunda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub ölüb.
"Unikal" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yemişənli kəndində baş verib.
Kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yellənərkən yelləncəyin ipi boğazına dolanıb və 11 yaşlı qız boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli