Keçmiş diplomat Emin İbrahimov bu gün Nizami Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.
"Unikal"ın məlumatına görə, bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
DİN-dən məlumat təsdiqlənib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevin sözlərinə görə, belə bir hadisə baş verib:
"E.İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır".