Dağıstan hüquq-mühafizə orqanlarının əməkdaşları çimərlikdə baş verən davaya görə 13 nəfəri saxlayıb.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, İzberbaşda dava "ləzginka" rəqsinin səhv oynanılması üstündə olub.
Sərxoş şəxslər nalayiq ifadələr işlədib, hay-küy saldıqlarından ətrafdakılar polis çağırmalı olublar.
Ümumilikdə 13 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb. Bütün iştirakçılar barəsində xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib edilib. İştirakçılardan hər hansı birinin xəsarət alıb-almadığı barədə məlumat verilmir.