Aİ ölkələrinin xarici işlər nazirləri viza rejiminin ləğvi ilə bağlı Ermənistanla danışıqlara başlamaq qərarına gəliblər.
"Unikal" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Nazirlər Ermənistanla münasibətlərlə bağlı iki tarixi qərar qəbul ediblər. Onlar viza rejiminin ləğvi ilə bağlı danışıqlara başlamaq qərarını təsdiqləyiblər və Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində hərbi yardımın göstərilməsi proqramını qəbul ediblər”, - deyə Borrell bildirib.
Bundan əvvəl Aİ Şurası məlumat vermişdi ki, bu proqram Ermənistan ordusu üçün İrəvana çadırların verilməsini nəzərdə tutur.