Meksikanın paytaxtı Mexiko şəhərinin polis kəşfiyyatının rəisi küçədə silahlı hücum nəticəsində həyatını itirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Mexiko polisinin kəşfiyyat rəisi Milton Morales Figueroa paytaxtın şimalındakı Koakalko qəsəbəsində alış-veriş edərkən hücuma məruz qalıb. Hücum zamanı kürəyinə 3 güllə dəyən 40 yaşlı Fiqeroa hadisə yerində dünyasını dəyişib.
Vətəndaş Təhlükəsizliyi Katibliyinin (SSC) sədri Pablo Vazquez açıqlamasında hadisədən "böyük" kədərləndiyini ifadə edib vəcavabdehlərin tez bir zamanda tapılaraq məsuliyyətə cəlb edilməsi üçün əllərindən gələni edəcəklərini bildirib. Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.
Bu arada, Figueroa-nın 2022-ci ildə 600 kiloqram kokainin ələ keçirildiyi əməliyyata rəhbərlik etdiyi ortaya çıxıb.
Gülayə Mecid