İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.