İyulun 23-də Moskvada Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov ilə məsləhətləşmələr aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Cənubi Qafqaz və qonşu regionlardakı mövcud vəziyyəti müzakirə ediblər. Aİ və NATO məsələləri, ATƏT-dəki vəziyyət və Avropa Şurasının regional fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Gülayə Mecid