İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Buşehr limanından 61 dəniz mili uzaqlıqda Toqo bayrağı altında üzən neft tankerini ələ keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya Gəmiçilik Təşkilatı açıqlayıb.

"İran İslam İnqilabı Keşikçiləri Korpusu Toqo bayrağı altında və BƏƏ-nin rəhbərliyi altında 1500 ton yük daşıyan neft məhsulları tankerini ələ keçirib. Bu hadisə bazar günü Buşehr limanından 61 dəniz mili cənub-qərbdə baş verib", - Britaniyanın dəniz təhlükəsizliyi şirkəti "Embry" bildirib. 

Ağarza Elçinoğlu