Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Cəbəllütariqdə üz-üzə gələcək "Linkoln" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

"Unikal" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

"Linkoln": 1. Nauset Santana, 6. Bernardo Lopes, 10. Andre Tjey de Barr, 11. Culian Valerino, 15. Rafael Munyos, 18. Toni, 20. İtan Britto, 21. Nano, 22. Qrem Torilya, 23. Co, 24. Con Sarcent

Baş məşqçi: Xavi Munyos

"Qarabağ": 97. Fabiyan Buntiç, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, “Europa Point” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.