Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Beynəlxalq Dəniz Təşkilatının 2026-cı ildə keçirilməsi planlaşdırılan audit yoxlamasının hazırlıq prosesinə start verib.
"Unikal" xəbər verir ki, bu məqsədlə Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (European Maritime Safety Agency (EMSA) audit qrupu Agentlikdə müvafiq audit yoxlamaları həyata keçirib.
Audit yoxlamaları zamanı DDLA-nın dəniz nəqliyyatı sahəsində həyata keçirdiyi tənzimləmənin və nəzarətin Beynəlxalq Konvensiyaların tələblərinə uyğunluğu yoxlanılıb. Həmçinin, bu sahədə aparılan islahatların inkişafını sürətləndirmək üçün ölkəmizin bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müvafiq müzakirələr də aparılıb.