Fransa prezidenti Emmanuel Makron 182 deputatla Milli Assambleyada ən çox təmsilçiyə malik solçu Yeni Xalq Cəbhəsinin (“Nouveau Front Populaire” – NFP) baş nazirliyə namizədi elan edilən Lüsi Kastesin namizədliyini qəbul etməyib.
"Unikal" xarici KİV-ə istMakron dünən axşam qatıldığı televiziya proqramında çıxış edərək yeni hökumətin avqustun ortalarına qədər qurulmayacağını bildirib. Diqqətin 2024-cü il Paris Yay Olimpiya Oyunlarına yönəlməsi lazım olduğunu deyən Makron, bu həftə başlayacaq Olimpiadalar zamanı hazırkı kabinetin müvəqqəti olaraq vəzifədə qalacağını açıqlayıb.
Fransanın solçu koalisiyası olan Yeni Xalq Cəbhəsi alyansı (NFP) tərəfindən verilən açıqlamada, Paris meriyasının maliyyə məsələləri üzrə yüksək vəzifəli dövlət məmuru Lüsi Kastesin baş nazirliyə namizədliyi irəli sürülüb.
İctimaiyyətə az tanınan bir ad olan Kastesi namizəd kimi təklif edən NFP ittifaqı seçkidən bəri irəli sürəcəkləri namizədlə bağlı daxili fikir ayrılığı yaşayırdı. Lakin Kastesin namizədliyi həmin gün prezident Makron tərəfindən rədd edilib.
“France 2” telekanalına açıqlama verən Makron, Kastesin namizədliyini rədd etməsinə səbəb kimi Olimpiya Oyunlarını göstərib