İspaniyanın “Barselona” komandasının futbolçusu Ansu Fati sıradan çıxıb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu sol ayağının daban hissəsindən zədə alıb. Onun Kataloniya təmsilçisi ilə ABŞ toplanışına getməsi sual altındadır.
Qvineya əsilli ispaniyalı forvard ötən mövsüm icarə əsasında İngiltərənin “Brayton” komandasının formasını geyinib.