Almaniyanın idman geyim markası "Adidas", İsrailin reaksiyasından sonra ayaqqabı reklamından çıxartdığı dünyaca məşhur fələstinli model Bella Hadiddən üzr istəyib.
"Unikal" xəbər verir ki, məşhur modelin "Adidas"ın kampaniya siması olmasına İsrail tərəfdarları reaksiya verib.
"Adidas" Fələstini dəstəkləyən və İsraili tez-tez tənqid edən Bella Hadidi reklamından çıxardıqdan sonra boykot çağırışlarına məruz qalıb.
Hadidin kampaniyanı geri götürdüyünə görə brendə qarşı hüquqi addım atmağı düşündüyü bildirilsə də, "Adidas" Hadiddən üzr istəyib.
"Biz həmçinin tərəfdaşlarımız Bella Hadid, ASAP Nast, Jules Kounde və başqalarından onlara göstərdiyi mənfi təsirə görə üzr istəyirik və kampaniyanı nəzərdən keçiririk", - üzrxahlıq mesajında deyilir.