Bakının Binəqədi rayonunda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, itkin düşdüyü üçün axtarışda olan 2017-ci il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq tapılıb.

Azyaşlı ailəsinə təhvil verilib.

***10:35

Bakının Binəqədi rayonunda autizm xəstəsi olan yeddi yaşlı uşaq itkin düşüb.

"Unikal" xəbər verir ki, Biləcəri qəsəbəsində yaşayan, autizm xəstəliyi olan, 2017-ci il təvəllüdlü Məmmədov Mehman ötən gün yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində araşdırma aparılır.