Albaniya millisi baş məşqçisi Silvinyo ilə müqavilə müddətini uzadıb.
"Unikal" xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssis 2025-ci ilin sonuna kimi albanlara rəhbərlik edəcək.
Albaniya millisi braziliyalı çalışdırıcının rəhbərliyi altında Almaniyada keçirilən son Avropa çempionatında iştirak edib. Komanda İspaniya, İtaliya və Xorvatiyanın yer aldığı qrupda 1 xal toplayaraq sonuncu olub.
Qeyd edək ki, Silvinyo 2023-cü ilin yanvarından bu vəzifədə çalışır.