Fransalı idmançı Sonkamba Silla hicablı olduğuna görə olimpiadanın açılış mərasimində iştirak edə bilməyib. 

"Unikal" xəbər verir ki, bu barədə idmançı özü "İnstagram" hesabında açıqlayıb. 

Olimpiadada 400 metr məsafəyə qaçışda mübarizə aparacaq 26 yaşlı idmançı Fransa Olimpiya Komitəsinin idmançının açılışda iştirakına mane olduğunu açıqlayıb. 

Fransa Olimpiya Komitəsinin rəhbəri David Lapartian bundan əvvəl ölkənin qadın idmançılarının Olimpiada zamanı hicab geyinmək hüququnun olmadığını açıqlamışdı. 

Ağarza Elçinoğlu