Türkiyənin aparıcı xəbər agentlikləri, televiziya kanalları, çap mediası və xəbər saytları Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışını geniş şəkildə işıqlandırıb.
"Unikal" xəbər verir ki, qardaş ölkənin media orqanları çoxmilyonlu auditoriyanı Azərbaycan liderinin əhatə etdiyi geniş mövzular spektri, o cümlədən Azərbaycan-Türkiyə münasibətləri, Cənubi Qafqazdakı proseslər, nəqliyyat layihələri və digər mövzular barədə məlumatlandırıb.
Prezident İlham Əliyevin Bakı ilə Ankara arasında beynəlxalq müstəvidə nümunəvi səviyyəyə yüksəlmiş münasibətlərin möhkəmliyi ilə bağlı fikirlərinə xüsusi diqqət yetirilib.
Media orqanlarının əksəriyyəti dövlətimizin başçısının Türkiyə və Azərbaycan xalqlarının yaxınlığına dair qiymətləndirmələrini başlıqlara çıxarıb.
Məqalələrdə Azərbaycan liderinin çıxışından çoxsaylı fikirlər yer alıb.
Prezident İlham Əliyevin Ankara ilə Bakı arasındakı müttəfiqlik münasibətlərinin əhəmiyyəti, Şuşa Bəyannaməsinin rolu, Orta Dəhlizin artan əhəmiyyəti və dezinformasiya axınına qarşı fəal şəkildə mübarizə aparmaq zərurəti barədə fikirləri sitat gətirilir.
Dünyanın onlarla xəbər agentliyinin və digər media qurumlarının nümayəndələrinin qatıldığı IV Şuşa Qlobal Media Forumunun uğurlu təşkilinə xüsusi diqqət yetirilir.













.jpg)



.jpg)




.jpg)






.jpeg)
























