İsveçli iqlim fəalı Qreta Tunberq növbəti dəfə saxlanılıb. 

"Unikal" xəbər verir ki, polis onu Berlinin mərkəzindəki Rheinmetall şirkətinin qərargahının qarşısında İsrailə Almaniya istehsalı olan silahların verilməsinə qarşı keçirilən nümayişdə iştirak edərkən saxlayıb.

Təxminən 40 nəfər silah sənayesinin "Fələstin və Livanda mülki əhalinin soyqırımı"nda iştirakına diqqət çəkmək üçün səkiyə toplaşıb. Etiraz "Soyqırıma qarşı sülh yolu" adlanıb. Təxminən 70 polis əməkdaşı aksiyanın dağıdılmasında iştirak edib.

Qeyd edək ki, Tunberq ictimai çıxışlarına görə dəfələrlə saxlanılıb.