Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib.

"Unikal" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Slovakiya Prezidenti Peter Pelleqrinini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar.

*** 18:17

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfərə yola düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Slovakiya Prezidenti “X” hesabında bildirib.

"Azərbaycana yola düşürəm. Ölkələrimiz möhkəm münasibətlər qurub. Bu səfər bu etimadı energetika, ticarət və investisiya sahələrində daha sıx əməkdaşlığa çevirmək üçün bir fürsətdir", - deyə o qeyd edib. 

Peter Pelleqrini bildirib ki, səfər çərçivəsində tərəfdaşlığın daha da inkişaf etdirilməsi və Slovakiya üçün yeni imkanların yaradılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev və ölkə rəhbərliyinin digər nümayəndələri ilə görüş keçirəcək.