"Hörmüz boğazı həmişə İranın nəzarəti altında qalacaq".

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial media səhifəsində bildirib.

O yazıb ki, "İran həmişə Hörmüz boğazının qoruyucusu olub və əbədi olaraq belə qalacaq".

İranlı diplomat, həmçinin, Trampla istehza ilə razılaşaraq qeyd edib ki, gəmilərin təhlükəsiz keçidini təmin edən şəxs kompensasiyaya layiqdir. Lakin Əraqçi 20%-i həddindən artıq yüksək rüsum adlandırıb və İranın daha ədalətli olacağına söz verib.