Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib.

"Unikal" xəbər verir ki, o, istefa ərizəsini Ali Radaya təqdim edib.

Radada səsvermə 14 iyula təyin edilib və yeni baş nazirin təyinatı 16 iyul cümə axşamı günü gözlənilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski hökumətdə dəyişiklik elan edib. O, dəyişikliklərin Ukraynanın yeni "siyasi strategiyasını" həyata keçirmək üçün zəruri olduğunu bildirib.