Niderland Xarici İşlər Nazirliyi Rusiyanın səfirini kiberhücum ittihamları ilə bağlı çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen bildirib.

"Rusiya səfirinə mesajımız tamamilə aydındır: Nə etdiyinizi görürük və bunu qəbul etmirik", - deyə o vurğulayıb.

Berendsen Niderlandın Ukraynaya dəstək verməyə davam edəcəyinə söz verib.

Daha əvvəl Almaniya, Fransa və Finlandiya da Rusiyanı kiberhücumlarda ittiham etmişdilər