UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Sumqayıt" - "Fehervar" matçı başa çatıb.

"Unikal" xəbər verir ki, qarşılaşma Macarıstan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sumqayıt"ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə fərqlənib. "Fehervar"dan Tobias Kristensen 39-cu dəqiqədə bərabərliyi təmin edib. 52-ci dəqiqədə Ksaba Spandler komandasının ikinci qolunu vurub.

Meydan sahiblərindən Murad Xaçayev qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.