Oyunun başlanğıcında azlıqda qalmağımız bütün planlarımızı pozdu.

"Unikal*" xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində doğma meydanda Macarıstan klubu "Fehervar"la qarşılaşan "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.

Mütəxəssis oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib:

"Mərhələ iki oyundan ibarətdir. Cavab qarşılaşması bundan da çətin olacaq. Səhvlərimiz üzərində çalışıb futbolçuları növbəti oyuna kökləyəcəyik. Təcrübəsiz komandayıq. Bəzi oyunçular oyundan qopdular. Dayaq yarımmüdafiəçilərindən söhbət gedir"

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.