Göygöl rayonunun Qızılqaya qəsəbəsi ərazisində qanunsuz tikintilərə qarşı növbəti monitorinq keçirilib. Monitorinq zamanı kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.
"Unikal" xəbər verir ki, aparılan tikinti işləri aidiyyəti şəxslər tərəfindən dayandırılaraq, söküntüsü təmin edilib.
Qeyd edək ki, monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında Rayonda tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilir.