"Madteen" ləqəbi ilə tanınan müğənni Mətin Hüseynzadə ölümdən dönüb.

"Unikal" xəbər verir ki, avtoyuma məntəqəsinin qarşısında dayanan ifaçıya kənardan keçən maşın çırpılıb. Belə ki, taksi xidməti göstərən avtomobil idarəetməni itirərək Mətinin qarşısında dayandığı başqa bir maşına dəyib.

Həmin an müğənni özünü kənara ataraq, ciddi xəsarət almaqdan qurtulub. Amma avtomobilin arxasında dayanan şəxs qaça bilməyib və maşın ona çırpılıb.