İyulun 27-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi ərazilərə yağış yağacağı gözlənilir.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhərdən arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 70-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.

*** 

İyulun 27-si səhərdən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir 20.8-28.4 m/san təşkil edəcək.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirililib ki, iyulun 27-si səhərdən 29-u gündüzədək isə bölgələrdə fasilələrlə şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Siyəzən, Naftalan, Göygöl, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Goranboy, Daşkəsən, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Hacıqabul, Biləsuvar, Cəlilabad, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Qax, Zaqatala, Şabran, Xızı, Şəki, Salyan və Neftçalada arabir 13.9-20.7 m/san təşkil edəcək.

*** 11:56

Azərbaycanın rayonlarında iyulun 27-də əsasən dağlıq və dağətəyi rayonlarda, 28-dən 29-u axşamadək isə bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.