Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron magistral su kanalının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindən keçən hissəsində 1 nəfərin meyitinin sudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
"Unikal" FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.