Qəbələ rayonunun Zarağan kəndində yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 2300 m² (hər mərtəbəsi 1150 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan otağın yanar konstruksiyaları yanıb.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.