İyulun 27-si saat 17:00-a olan məlumata əsasən, bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, Daşkəsən, Altıağac, Qusar, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Şəkidə şimşək çaxır, arabir yağış yağır.
Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir Bakıda və Abşeron yarımadasında 18-24 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrdir.