Ağstafada 2 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılar Gəncə şəhər sakinləri 1963-cü il təvəllüdlü İlqar Əliyev və onun həyat yoldaşı 1976-ci il təvəllüdlü Ayişə Əliyevadır.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov