Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Hadisə zamanı sərnişin, 1970-ci il təvəllüdlü Gülbəniz Ağarıza qızı Kazımova xəsarət alıb. Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.