Azərbaycanda jurnalist vəfat etdi.

"Unikal" xəbər verir ki, hərbi jurnalist Ədil Arifoglu qəfildən dünyasını dəyişib. 

Qeyd edək ki,  Ə. Arifoğlu uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Hərbi vətənpərvərlik baş redaksiyasının baş rejissoru kimi çalışıb. 

Ədil Arifoğlu həm Birinci, həm də İkinci Qarabağ müharibəsində hərbi jurnalist kimi iştirak edib, qızğın döyüşləri ön cəbhədə lentə alıb.