Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

***22:29

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə "Unikal"a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.