AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
"Unikal" xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Partizani” (Albaniya) – “İberia” (Gürcüstan) oyununun UEFA nümayəndəsi olacaq.
Avqustun 1-də Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.