Çaylarda suyun səviyyəsinin artması selə səbəb olub.
Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, ölkənin əksər bölgələrinə intensiv yağıntılar düşüb.
Yağıntılarla əlaqədar hazırda Samux rayon ərazisindən axan Qabırrıçaydan, Göygöl və Samux rayon ərazilərindən axan Qoşqarçaydan, Daşkəsən, Göygöl rayonları və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Tovuz rayon ərazisindən axan Zəyəmçaydan, Göygöl rayon ərazisindən axan Kürəkçaydan, Balakən rayonu ərazisindən axan Balakənçaydan sel keçir.
Bildirilib ki, ötən gün ərzində yağan leysan xarakterli yağıntılar nəticəsində gecə saatlarında Tovuz rayonu ərazisindən axan Axıncaçayda da suyun səviyyəsi artaraq selin baş verməsinə səbəb olub.