MİQ üzrə vakansiya seçiminin nəticələri şəxsi səhifələrə göndərilib.

Bu barədə "Unikal"a Təhsil İnstitundan məlumat verilib.

Bildirilib ki, 26-28 iyul tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib.

Qeyd edilib ki, 39 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.