2024/2025-ci tədris ilində peşə təhsili müəssisələrində 9 yeni ixtisas tədris olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinq zamanı məlumat veri.
Sözügedən ixtisaslar dronların texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə mütəxəssis, elektrik və hibrid avtomobillərin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmiriçisi, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, suvarma maşınları və nasos qurğuları maşinisti aiddir.
Məlumata görə, yeni tədris ili üçün ən çox plan yerləri aşpaz ixtisası üzrə ayrılıb.