İyulun 30-31-də, avqustun 01-də qısa müddətə bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Altıağac, Qobustan, Gəncə, Goranboy, Samuxda şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.
*** 16:17
İyulun 30-31-də, avqustun 1-də əsasən dağlıq və dağətəyi rayonlarda gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.
Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar) qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda suluğun artacağı ehtimalı var.
*** 12:45
İyulun 30-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.
Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 40-50 %, gündüz 65-75 % olacaq.
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.